Əməkdar artist Sevda Ələkbərzadə 27 il sonra sevənlərinin qarşısına çıxıb. Tamaşaçıları musiqi seyrinə götürən konsert proqramı “Sən yadıma düşəndə” adlandırılıb.
Bakuplus.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirdə sənətçi sevilən hitləri səsləndirib.
Müğənni konsertin may ayının 10-da keçirilməsinin təsadüfi olmadığını deyib və proqramı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə bir töhfə kimi dəyərləndirib. Eyni zamanda S.Ələkbərzadə konsert proqramını 34 illik yaradıcılığına səyahət kimi də xarakterizə edib.
Qeyd edək ki, “Sən yadıma düşəndə” adlı konsert proqramının musiqi rəhbəri pianoçu-bəstəkar Muxtar Abseynov idi.