İctimai Televiziyada yayımlanan “SƏS Azərbaycan” müsabiqəsinin finalı baş tutub.
Bakuplus.az xəbər verir ki, Xalq artisti Röya Ayxanın komandasının üzvü Cəmilə Haşımova yarışmanın qalibi olub.
O, möhtəşəm çıxışı ilə həm münsifləri, həm də tamaşaçıları valeh edib. Cəmilə bu qələbə ilə təkcə “SƏS Azərbaycan”ın qalibi statusunu deyil, eyni zamanda 25.000 manatlıq mükafatı da qazanıb.