Bakıda son günlər vətəndaşların ictimai nəqliyyatın hərəkət sxemi ilə əlaqədar şikayətləri artmaqdadır. Belə ki, bəzi sərnişinlər 96 nömrəli avtobusun marşrut xəttinin “28 May” metro stansiyası yaxınlığına qədər uzadılmasını təklif edir. Bununla da qeyd edilən marşrut xətti Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “28 May” stansiyasına “Elmlər Akademiyası” metro stansiyasından keçərək gedə bilən tək ictimai nəqliyyat olacaq.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 96 nömrəli müntəzəm marşrut Ş.Qurbanov küçəsini (Xarici İşlər Nazirliyi) Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqlələndirir və xətti üzrə 9 avtobus 8-10 dəqiqə intervalla fəaliyyət göstərir:
“Aparılan monitorinq zamanı marşrutun müəyyən edilmiş xətdən yayınması halları müşahidə edilib. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi və tərtib edilmiş sxem üzrə hərəkət etməsi tapşırığı verilib”.