Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, bina 13, 2-ci blokda artıq 20 gündür ki, lift işləmir.
Bununla bağlı Bakuplus.az-a bina sakinləri müraciət edib.
Onların sözlərinə görə, müvafiq qurumlar məsələ ilə bağlı heç bir tədbir görmür:
“Bakı Lift İdarəsinə, Mənzil İstismar İdarəsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq heç bir tədbir görülmür. Bu iş üçün məsuliyyətli olan sahə rəisinin adını öyrənmək istəsək də, operatorlar susub heç bir məlumat vermirlər”.
Şikayətçi bildirib ki, binada yaşlılar, xəstə olan sakinlər yaşayır və bu problem onlara böyük çətinlik yaradır:
“Yuxarı mərtəbələrdə körpəli ailələr, məktəblilər, yaşlı və xəstə insanlar var. Ayaqlarında problem olan şəkər xəstəsi 2 həftədir həkimə gedib çıxa bilmir. Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng vurub, şikayətimizi bildirmişik. Yenə də heç bir irəliləyiş yoxdur”.
Sakinlər məsul şəxslərin dərhal problemi aradan qaldırmasını tələb edir.
Məsələ ilə bağlı Bakuplus.az əməkdaşı Bakı Lift İdarəsinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.
Sara Məmmədli