Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlı şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddia edilib.
Bununla bağlı valideyndən “Azərbaycan tələbələri” “Facebook” səhifəsinə şikayət daxil olub.
Onun iddiasına görə, müəllim dərs zamanı şagirdləri dəyənəklə döyür, psixoloji təzyiqlər göstərir və ailə üzvləri ilə bağlı təhqiramiz ifadələr işlədir.
Valideyn qeyd edir ki, şagirdlər qorxu içində olduqları üçün səs belə çıxara bilmirlər:
“Uşaqlar qorxudan səs edə bilmir. Əlimdə bunu sübut edən səs yazısı da mövcuddur.”
Səs yazısını təqdim edirik: