Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 11-dən 13-dək külək güclənəcək.
Bakuplus.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.