Bakının “Gənclik” metro stansiyasının qarşısında nəzarət kameraları quraşdırılıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Avtosfer-ə isitinadən məlumat verir.
Fətəli Xan Xoyski küçəsindən sağa - Atatürk prospektinə dönən sürücülərin əksəriyyəti yol hərəkəti adacığının tələbini pozurlar. Bəziləri isə avtobus dayanacağında avtomobili saxlayaraq qaydaları pozurlar.
Ərazidə yerləşən müşahidə kameraları sürücülərin qayda pozuntularını qeydə alır və elektron formada protokollar tərtib edir.
Sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.