top
“Qızıldan daraq və kəmər istədilər” – ZƏRGƏRLƏ ÖZƏL MÜSAHİBƏ
18 aprel 2025, 15:27
- +

“Qızıldan daraq və kəmər istədilər” – ZƏRGƏRLƏ ÖZƏL MÜSAHİBƏ

“Səbir bizə təkcə məmulatı hazırlayanda deyil, həm də müştərilərlə ünsiyyətdə lazımdır”.

Bu sözləri Bakuplus.az-ın müsahibi zərgər Camal Qasımov deyib.

Onunla müsahibəni təqdim edirik:

- Camal bəy, öncə özünüzü təqdim edərdiniz.

- Camal Cümşüd oğlu Qasımov. 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Uzun müddətdir ki, zərgərliklə məşğul oluram.

- Zərgərlik sənətinə marağınız necə yarandı?

- Atam zərgər olub. Gözümü açandan zərgərliyi, qızıl-zinət əşyaları ilə işləməyi görmüşəm. Gördükcə özümün də bu sahəyə marağım yarandı. Çox fərqli və gözəl sənətdir. İnsandan çox səbir tələb edir. Atamın əlinə baxa-baxa 2012-ci ildən bu sənətə başladım.

- Düşünürəm ki, zərgərlikdə tək qızılı hazırlayarkən yox, həm də müştərilərlə ünsiyyətdə də səbir lazımdı...

- Müştərilərin hərəsi bir cürdür. Hərəsinin bir cür xarakteri, yanaşma tərzi var. Bəli, səbir bizə təkcə məmulatı hazırlayanda deyil, həm də müştərilərlə ünsiyyətdə lazımdır. Müştərinin fikrini, istədiyini gərək düzgün tapa biləsən. Əgər müştəri bura gəlibsə, deməli, ağlında nə isə tutub gəlib. Bizim işimiz onu tapa bilmək, ona uyğun xidmət göstərməkdir.

- Bu illərdə qarşılaşdığınız maraqlı bir hadisə olubmu?

- Xanıma üzük satmışdım. Bir müddət sonra gəldi ki, mənə aşağı əyarlı qızıl satıbsan. Öz işimə həmişə əmin olmuşam. Amma çox narahat oldum. Əyarını yoxladım, gördüm ki, təmizdir. Sonra məlum oldu ki, xanımın bədəninin turşuluğu çoxdur, ona görə də barmağında qaralıq verirmiş. Yəni hər cür müştəri olur. Buna görə deyirəm, zərgərə səbir lazımdır.

- İlk hazırladığınız zərgərlik əşyası nə olub? Xatırlayırsınız?

- Mən zərgərliyə başlayan vaxtlarda “şəbəkə” qolbaq, sırğalar dəbdə idi. Həvəslənirdim ki, onu düzəldim. Elə ilk əl işim həmin qolbaqlar oldu.

- Zərgərlikdə ən çox sevdiyiniz texnika və ya üslub hansıdır?

- Ən sevdiyim cilalama prosesidir. Çünki o, metala daha çox gözəllik qatır, parıldadır. Həm də cilalamadan sonra onunla iş bitir. İşin qurtardığına sevinirik.

- Xüsusi sifarişlə hazırladığınız ən yadda qalan zinət əşyası hansı olub?

- Fərqli sifarişlər çox almışıq. Amma yadımda qalan - qızıl daraq və qızıl kəmər istədilər. İndi də belə sifarişlər olur.

- Hazırda Azərbaycanda və ya dünyada zərgərlik sənayesində hansı tendensiyalar var? Hansı modellərə tələbat çoxdur?

- Hazırda qızıl bazarında ən çox “Cartier”, “Tiffany” və “Bvlgari” modellərinə tələbat çoxdur. İnsanlar brendlərin qızıl əşyalarını sifariş edilər.

- Qızıl alan zaman müştərilər aldanmamaq üçün nələrə diqqət etməlidir?

- Tövsiyə edərdim ki, müştərilər ən çox qızılın içərisinin boş olub-olmamasına diqqət etsinlər. Çünki belə modellərdə xırda əzik və cızıqlar çox olur ki, fikir verilmir. Bununla yanaşı, sırğa alan zaman hər ikisinin çəkisinin eyni olmasına fikir versinlər. Bəzi markalar da var ki, onların istehsalında hazır halqalar olur. Onların arasına mis və s. salırlar.

Fidan İlqar

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər