top
Qəzada 10-cu sinif şagirdi öldü: Avtobus sürücüsü atasının da ölümünə səbəb olubmuş
25 aprel 2025, 16:44
- +

Qəzada 10-cu sinif şagirdi öldü: Avtobus sürücüsü atasının da ölümünə səbəb olubmuş

113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusla qəza törədən şəxs məhkəmə zalında həbs edilib.

Qəza ilə bağlı maraqlı detallar üzə çıxıb. Məlum olub ki, avtobusu idarə edən şəxs sürücü yox, həmin şirkətdə elektrik işləyirmiş. Sürücülük vəsiqəsi də olmayıb.

Musavat.com xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

113 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Bülbülə qəsəbəsində "Mercedes-Benz" markalı minik avtomobili ilə toqquşub.

Məlumata görə, qəzanın baş verməsinə səbəb avtobusun idarəetməni itirərək əks yolla gələn "Mercedes-Benz"ə çırpılması olub.

Avtobusu idarə edən sürücü - 37 yaşlı Raufun həmin şirkətdə qeyri-rəsmi olaraq elektrik kimi çalışdığı müəyyən edilib. Onun sürücülük vəsiqəsi olmayıb.

Diqqətçəkən başqa bir məqam isə Raufun daha əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi olub. Belə ki, o zaman yenə də sürücülük vəsiqəsi olmadığı halda atasına məxsus avtomobili idarə edərkən qəza törədib. Qəza zamanı atası yanında olub. Raufun atası həmin qəzada aldığı xəsarətlərdən dünyasını dəyişib. Buna görə Rauf həbs edilib və 5 il həbsdə qalıb.

Avtobusla törətdiyi qəza ilə bağlı danışan Rauf deyib ki, həmin şirkətdə sürücü kimi çalışmayıb. Dediyinə görə, həmin vaxt iş yoldaşı ona zəng edərək narahat olduğunu, ürəyinin sıxıldığını bildirib.

"Avtobusu qaraja gətirmək üçün getmişdim. Sərnişinlər düşmədilər ki, sonuncu dayanacağa qədər getsinlər. Yolda da belə bir qəza baş verdi", - deyə Rauf ifadəsində qeyd edib.

Məlumata görə, həmin gün avtobusu Vüsal Məmmədov adlı sürücü idarə edəcəkmiş. Raufun avtobusu həqiqətən də sürücünün səhhətinin pisləşməsinə görə idarə etməsi də şübhəli məqamdır. Şirkət Raufun avtobusu idarə etməsindən xəbərsiz olduğunu deyib.

Qəza zamanı avtobusda olan sərnişinlər yüngül xəsarət alıblar. "Mercedes-Benz" markalı minik avtomobilində isə gənc idmançılar və müəllimləri olublar. Onlar Gəncədən Suraxanıya idman tədbirində iştirak etmək üçün gəliblərmiş.

Ağır qəza zamanı avtomobildə olan sürücü, idman müəllimi olan şəxs və 3 gənc idmançı ağır xəsarət alıblar. Onlardan Fərid Seyidov baş nahiyəsindən xəsarət aldığı üçün vəziyyəti ağır olub.

Xəstəxanaya çatdırılan Fərid bir neçə ayda 5 dəfə əməliyyat olunub. Uzun müalicələrə baxmayaraq, Fərid qəzadan 7 ay sonra dünyasını dəyişib.

Qəzaya görə şirkət Raufdan şikayətçi olmayıb.

Zərərçəkmiş şəxslər də Raufla barışıq əldə ediblər. Rauf zərərçəkmiş tərəflərə maddi köməklik də göstərib. Həmin məbləğlərin yığılmasına Raufun çalışdığı şirkətdəki iş yoldaşları da kömək ediblər.

Məhkəmənin hökmü ilə Rauf 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Rauf məhkəmə zalında həbs olunub.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər