top
Qarakənd faciəsi: 30 il əvvəl erməni silahlı birləşmələri Azərbaycan helikopterini vurmuşdular
20 noyabr 2021, 13:52
- +

Qarakənd faciəsi: 30 il əvvəl erməni silahlı birləşmələri Azərbaycan helikopterini vurmuşdular

20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopteri erməni silahlı dəstələri tərəfindən vurulmuşdur. Bu qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət xadimləri və digər nümayəndələri həlak olublar. Ümumilikdə Qarakənd faciəsi 22 nəfərin həyatını aparıb.

Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri noyabrın 20-də saat 14:42 vurulub.

İlk rəsmi məlumatlarda helikopterin dumanlı havada qayalara çırpılması deyilmişdi. Lakin bir neçə gün sonra ekspertiza nəticəsində, helikopterin yerdən pulemyot və avtomatlardan atəşə tutulması məlum olmuşdur. Vurulmuş helikopterin "qara qutusu" Moskvaya təhvil verilmiş və tezliklə onun yandığı elan edilmişdi.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Prokurorluğu tərəfindən cinayət işi açılsa da, terrorun baş verdiyi ərazinin işğal olunması, istintaqın dayandırılmasına səbəb olmuşdur. 30 il ötməsinə baxmayaraq, hadisə hələ də tam aydınlaşdırılmayıb.

Qarakənd terror aktının qurbanlarının siyahısı:


  1. Tofiq İsmayılov - Azərbaycanın dövlət katibi, SSRİ xalq deputatı.

  2. Vaqif Cəfərov - SSRİ xalq deputatı, Şuşa rayon Xalq deputatları sovetinin sabiq sədri.

  3. İsmət Qayıbov - Azərbaycanın Baş prokuroru.

  4. Məhəmməd Əsədov - general-mayor, Azərbaycanın dövlət müşaviri (Azərbaycan Respublikasının sabiq daxili işlər naziri).

  5. Vəli Məmmədov - SSRİ Xalq deputatı.

  6. Qurban Namazəliyev - Azərbaycanın xalq deputatı, respublikanın meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini.

  7. Zülfü Hacıyev - Azərbaycan Baş nazirinin müavini.

  8. Osman Mirzəyev - Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Prezidenti Aparatının mətbuat şöbəsinin müdiri.

  9. Alı Mustafayev - Azərbaycan televiziyasının müxbiri.

  10. Fəxrəddin Şahbazov - Azərbaycan televiziyasının operatoru.

  11. Arif Hüseynzadə - Azərbaycan televiziyasının işıqçısı.

  12. Rafiq Məmmədov - Azərbaycan dövlət katibinin köməkçisi.

  13. Nikolay Jinkin - daxili xidmət general-mayoru, fövqəladə vəziyyətin elan edildiyi rayonun komendantı.

  14. Vladimir Kovalev - daxili xidmət general-mayoru, Azərbaycan Respublikası DQMV Daxili işlər idarəsinin rəisi.

  15. Sergey İvanov - Azərbaycan Milli təhlükəsizlik nazirliyinin DQMV üzrə idarəsinin rəisi.

  16. İqor Plavski - DQMV prokuroru.

  17. Saylau (Sanlan) Serikov - Qazaxıstanın daxili işlər nazirinin müavini.

  18. D.Lukaşov - polis general-mayoru, RSFSR Daxili işlər nazirliyinin şöbə müdiri.

  19. Oleq Koçerov - polkovnik- leytenant, SSRİ Silahlı qüvvələri Baş qərargahının nümayəndəsi.

  20. Vyaçeslav Kotov - mayor, ekipaj komandiri.

  21. Dmitri Yalovenko (Yakovlev) - leytenant, baş pilot- şturman.

  22. Gennadi Dolqov - kapitan, baş texnik.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər