Ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.
Bakuplus.az xəbər verir ki, Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi “Lada Priora” və Sultan Sultanlının sürdüyü “Hyundai” markalı avtomobillərin toqquşduğu məlum olub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
09:44
Ötən gün Bakının Qaradağ rayonunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
Bakuplus.az xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 6-sı kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Qeyd edək ki, ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki nəfər isə aldıqları xəsarətlərdən hadisə yerində ölüb.