Bakıda aptekdə oğurluq olub.
Baku.ws xəbər verir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı şəhər klinik xəstəxanasının ətrafında yerləşən apteklərdən birində baş verib.
Hadisə aptekin kameralarında anbaan görüntülənib.
Oğurluq edənlərin qaraçılar olduğu məlum olub.
Məlumata görə, aptekdən qan təzyiqinin və qanda şəkərin yoxlanılması üçün istifadə edilən aparatlar oğurlanıb.
Ümumilikdə aptekə 100 manatdan çox ziyan dəyib.