Bakıda yağan qar artıq çətinliklər yaratmağa başlayıb. Belə ki, Maştağa qəsəbəsinin bəzi küçələrində saatlardır işıq sönüb və qaz gəlmir.
Bakuplus.az-a bu barədə sakinlər məlumat verib.
Həmçinin Ramana südçülük Sovxozunda dünən saat 21:30-dan işığın olmadığı deyilir.
Bundan əlavə, Məhəmmədi kəndində də sakinlərin uzun müddət işıqsız qaldığı bildirilir.
Bu barədə kənd məscidinin imamı Bəşir Mansurov şəxsi sosial şəbəkə hesabında məlumat verib.