Pirallahı rayonunda qəyyumluğa və himayəyə verilmiş uşaqlara baş çəkilib. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yetkinlik yaşına çatmayanların və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının qorunması üçün xüsusi komissiya yaradılıb. Bununla bağlı aidiyyəti orqan, idarə, müəssisə və təşkilatlarla əlaqələr qurulub.
Hazırda komissiya tərəfindən qəyyumluğa və himayəyə verilmiş uşaqlar mütəmadi olaraq ziyarət olunurlar. Onlarla söhbətlər aparılır, qəyyum və himayəçilərinə müvafiq tövsiyələr verilir.