Bu gün Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin 21-ci doğum günü qeyd olunub. Bu haqda BakuPlus.az 22 mart tarixində xəbər verir.
Şəhidin əziz xatirəsinə ehtiram əlaməti olaraq RİH əməkdaşları və ailə üzvləri tərəfindən Gürgən qəsəbə qəbirstanlığında yerləşən məzarı önünə gül dəstələri düzülmüş və dualar oxunmuşdur.
Daha sonra şəhidin ailə üzvlərinin yaşadığı ünvanda onlara bir daha baş sağlığı verilərək qayğıları, problemləri ilə maraqlanılmışdır. Şəhidin ailəsinə RİH tərəfindən bayram sovqatı təqdim olunmuşdur.
Elmar Nəbiyev 44 günlük Vətən müharibəsində iştirakına görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
[caption id="attachment_37919" align="alignnone" width="800"] Foto Pirallahı rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]