Paytaxtın Pirallahı rayonunda xeyriyyə aksiyası keçirilib. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Qızıl Aypara Cəmiyyətinin əməkdaşları kimsəsiz qocalara və aztəminatlı ailələrə sovqat paylayıblar. Aksiya çərçivəsində Pirallahı rayonunda 200-ə yaxın ailəyə yardım göstərilib.
Rayonda yaşayan aztəminatlı, əlil, ahıl və kimsəsiz ailələr, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailələri və veteranlara diqqət bundan sonra da göstəriləcək.
[caption id="attachment_59958" align="alignnone" width="800"] Foto Pirallahı rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]