Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayon sakinləri ilə görüşüb. Bu haqda 1 sentyabr tarixində BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüş 168 nömrəli tam orta məktəbin akt zalında keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon sakinlərinin müxtəlif məsələlərə dair müraciətləri dinlənilib, onları narahat edən məqamlarla bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
[caption id="attachment_67434" align="alignnone" width="986"] Foto Pirallahı rayon İcra Hakimiyyərtinin rəsmi saytı[/caption]