Pirallahı rayonunda COP29-la bağlı bir sıra tədbirlər keçirilib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Həmçinin hazırda Pirallahı qəsəbəsinin Yavər Əliyev, Kamil Rzayev, Tural Cahangirov, Vüsal Babayev küçələrində genişmiqyaslı yenidənqurma işləri aparılmaqdadır. Belə ki, yol boyunca hasarlarda, yaşayış evləri və qeyri-yaşayış obyektlərində ümumi 2000 kv.m-ə qədər suvaq və rənglənmə işləri, həmçinin yararsız rabitə və işıq dirəklərinin sökülməsi, mövcud qaz xətlərinin korroziyaya davamlı boya ilə rənglənməsi, kommunikasiya qapaqlarının bərpası işləri həyata keçirilməkdədir.
Bundan əlavə, rayonun müxtəlif yerlərində "COP 29 BAKU",“Yaşıl dünya naminə həmrəylik ili”, "Təbiəti düşün" "Yer kürəsini qoruyaq", "Təbiəti qoruyaq" adlı banerlər quraşdırılmışdır.