Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən stomatoloji klinikada rentgen aparatının istismarı dayandırılıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Fiziki şəxs Rövşən Məmmədovun müraciəti əsasında ona məxsus stomatoloji klinikada yoxlama aparılıb. Yoxlamalar nəticəsində rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulduğu məlum olub.
Aşkar edilmiş faktla bağlı rentgen aparatının istismarı dayandırılıb.