Bakının Nərimanov rayonu Xətai prospektində yerləşən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun (ETTBİ) fəaliyyəti iflic olub.
Bakuplus.az-a müraciət edən paytaxt sakinləri bildirirlər ki, hazırda səhiyyə müəssisəsində elektrik enerjisinin verilişi dayandırılıb. Bu səbəbdən də ETTBİ-yə müraciət edən xəstələrin qeydiyyatı həyata keçirilmir və qeydiyyat şöbəsi qarşısında uzun növbə yaranıb.
Səhiyyə ocağının elektrik enerjisi ilə təminatının nə zaman bərpa ediləcəyi bəlli deyil.