Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında iyunun 24-25-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur.
Yarmarka fermerlər üçün təmənnasız təşkil olunur. Satıcılar bütün lazımi avadanlıqlar və ləvazimatla təmin olunurlar.