Xəbər verdiyimiz kimi, bloqer Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovun əkizlərindən imtina etdiyini deyib.
Bakuplus.az xəbər verir ki, Oqtay Ayselin iddialarına cavab verib.
Onun sözlərinə görə, uşaqlardan imtina etməyib və hətta onları almaq üçün məhkəməyə ərizə verib.
Oqtay bildirib ki, həbs edilsə də, aliment ödəməyəcək:
“Ayın 15 günündən çox uşaqlar yanımda olur. Uşaqlarıma baxıram. Neçə ildir uşaqlarımı həkimlərə aparıram. Aliment vermirəm. Klublara getmirəm, gecə həyatı yaşamıram. Gedib şikayət edib ki, Oqtay aliment vermir. Onun ilk evlilikdən olan uşağını öz oğlum kimi böyütdüm, hər şey edirdim. Ayrılanda adımı xəyanətkar qoydu. Çox şey danışmadım ki, arada uşaq var. Amma anlamırlar... Savadsız dayə tutub ki, uşaqlara baxsın. Uşaqların isə qabağına telefon, kompüter atır.
Aliment ödəməyəcəyəm. Gedib həbsxanada yataram, amma ona pul ödəməyəcəyəm. Uşaqlarım yanımda olur, xəstə anam onlara qulluq edir. Yuxudan oyanıb. Uşağını hansı həkimə aparırsan? İndi saat 8-ə kimi harda istəsən gəz, sonra gəl uşaqlara bax. Sənədləri göstərim uşaqları hansı həkimlərə aparmışam, Bakıya hansı həkimləri gətirmişəm? Ölsəm də sənə aliment ödəməyəcəyəm".
Xatırladaq ki, Aysel Şükürova Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır.