top
Oğlu məşhur musiqiçinin intihar etdiyini açıqladı - FOTO
11 iyul 2025, 17:39
- +

Oğlu məşhur musiqiçinin intihar etdiyini açıqladı - FOTO

2023-cü ilin dekabrında vəfat edən tanınmış virtuoz sənətkar Məhərrəm Nəcəfzadənin ölümü ilə bağlı bəzi qaranlıq məqamlar ortaya çıxıb.

Mərhum musiqiçinin oğlu Nəriman Nəcəfzadə axşam.az-a müraciət edərək, atasının öz əcəli ilə ölmədiyini, yaşadıqları evin həyətində intihar etdiyini açıqlayıb.

Nəriman deyib ki, atasının belə bir addım atmasına səbəb dələduzluq nəticəsində külli miqdarda borca düşərək çarəsiz durumda qalması olub:

"Əlisahib Hüseynov, Elianora Əhmədova və digər şəxslər birləşərək müxtəlif yalan vədlər verməklə atamı borca saldılar. Bu adamlardan hüquq-mühafizə orqanlarına şikayət etmişik. Obyektiv araşdırılma tələb edirik”.

Mərhum musiqiçinin oğlu əlavə edib ki, adıçəkilən şəxslər bacısını da aldadaraq borca salıblar:

“Qadın bacımı aldadıb ki, Gəncə Dövlət Universitetinin Gürcüstanda filialı açılacaq və sənə orada vəzifə verəcəyik. Bacım da borc alıb ona pul verir. Həmçinin Yasamal rayonunda atamdan bacıma qalma ev var idi. Həmin ev plana düşmüşdü. Elianora onu aldadır ki, 235 kvadratmetrlik evə 800 kvadratmetr yazdıracaq və söküntü zamanı 1 milyon manata qədər pul alacaq. Deyib ki, evi özümünkü kimi göstərməliyəm. Atam da ona inanıb, gedib qızıl götürdü, banka qoyub 143 min manat bir, 27 min manat bir verdi. Bilmədik ki, bütün bunları pulları mənimsəmək üçün ediblər. Bu cür yalanlarla atamı külli miqdarda borca salıblar. Bunlardan bezən atam 2023-cü ilin dekabrın 21-də səhər saatlarında yaşadığımız evin həyətində özünü asdı. Atam intihar edərkən cibindən məktublar çıxdı. Hər şeyi orda yazıb”.

O, bacısı Nərmin Əmirovanın hazırda həbsxanada olduğunu deyib:

"Həmin borclara görə bacım həbs edildi. Çünki insanlardan alıb onlara verdiyi pulları qaytara bilmədi”.

Vəkil Bəkir Həsənov açıqlamasında deyib ki, hazırda proseslə bağlı məhkəmə işi gedir.

Qeyd edək ki, M.Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı. Musiqiçinin vəfatı ilə bağlı yayılan xəbərdə 57 yaşında qəfil dünyasını dəyişdiyi bildirilmişdi.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər