Bilgəhdə çimərliklərdən birində natəmizlik baş alıb gedir.
Bakuplus.az xəbər verir ki, Bakı sakini bununla bağlı görüntülər paylaşıb.
Şikayətçi sahildəki xoşagəlməz mənzərədən gileylənib. Görüntülərdən də aydındır ki, vətəndaşlar istirahət etdikdən sonra sahildə zibilləri hara gəldi atıb gediblər.
O qeyd edib ki, sözügedən çimərlik ödənişsizdir və insanların bu cür rəftarının səbəblərindən biri də məhz bu amildir.