Xətai rayonu, Babək prospektində işıqlar sönüb.
Bakuplus.az xəbər verir ki, bu barədə müğənni Nura Suri şəxsi sosial media hesabında bildirib.
Onun sözlərinə görə, işıq olmadığı üçün həmçinin binalarda liftlər də işləmir.
“Su gəlmir, işıq yoxdur. Bütün bunlar qarlı, soyuq havada baş verir. Gündə kommunal qiymətləri artırırsınız, amma yaxşı xidmət göstərmirsiniz. Biz dərdimizi kimə deməliyik?”, - deyə müğənni bildirib.