Bakıda iki meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisələr Nizami rayonu ərazisində qeydə alınıb.
Hadisələrdən biri Keşlə qəsəbəsi ərazisində olub. Burada evdə 60 yaşlı Məmmədov Ulduz Vəlyağa oğlunun meyiti aşkarlanıb.
Digər hadisə isə 8-ci kilometr qəsəbəsində baş verib. 64 yaşlı Məmmədova Zenfira Baləli qızı küçədə qəfil dünyasını dəyişib. Onun meyiti yoldan keçənlər tərəfindən tapılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hər iki şəxsin xəstəlik səbəbilə öldükləri ehtimal olunur.
Faktlarla bağlı araşdırma aparılır.