"Rusdilli məktəblərin bağlanması məsələsi həqiqətə uyğun deyil".
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, əsas məqsəd şəxsin hansı dildə təhsil almasından asılı olmayaraq ana dilini yaxşı bilməsidir:
"Dövlət dilini bilmək hamının borcudur. Sanki biz istəmirik ki, uşaqlar başqa dili bilsinlər. Başqa dil bilmək Azərbaycan dilinin mövqeyini azaltmamalıdır. Lakin rus bölməsi məktəblərində bəzi çatışmazlıqlar var. Ümumilikdə gördüyümüz odur ki, rusdilli məktəblərdə keyfiyyət aşağı düşür, səbəb isə müəllimdir”.