top
Narkotikə qurşandı, ailəsini itirdi - Mərhum müğənninin doğum günüdür 
17 iyul 2025, 11:55
- +

Narkotikə qurşandı, ailəsini itirdi - Mərhum müğənninin doğum günüdür 

Bu gün mərhum müğənni Elçin Cəlilovun doğum günüdür.

Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə, musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.

Elçin ilk dəfə səhnəyə sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edir. Daha sonra isə Bakı Musiqi Akademiyasına daxil olur, Arif Babayevdən dərs almağa başlayır. Və efirlərə muğam ifaçısı kimi çıxır. O, muğam dəsgahları ilə yanaşı, xalq, estrada mahnıları, romansları gözəl ifa edir.

Xanəndəliyə başladığı ilkin dövrlərdə Elçin nə siqaret çəkir, nə içki içir. Çox utancaq və əxlaqlı insan kimi hörmət qazanır. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi ona pis təsir edir, toylardan qazandığı pulları qardaşının müalicəsi üçün xərcləyir. Lakin sonrakı illər təəssüf ki, Elçinin də pis vərdişlərə aludəçiliyi onun sənətinə təsir edir. Qısa zaman ərzində Elçin narkotik vasitələrinin istifadəçisinə çevrilir, gün-gündən arıqlayır, səsini itirir.

Bir müddət sonra Elçinin qardaşı avtomobil qəzasına düşür. Elçin anası və qızı ilə qardaşının yanına gedir. Onlar xəstəxanadan geri qayıdanda Elçinin idarə etdiyi maşın yol kənarındakı ağaca çırpılır. Bu qəzadan Elçin və qızı sağ çıxsalar da, anası elə hadisə yerində dünyasını dəyişir. Anasının vəfatından sonra isə Elçin yaşamaq istəmir, özünü onun ölümündə günahkar bilir. Tez-tez mən anamı öldürdüm, mən də öləcəm, yaşamaq istəmirəm sözlərini deyir.

Ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Həyat yoldaşı Elçinin yenidən narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir. Ancaq bir müddət sonra o, yoldaşına zəng vurub deyir ki, məni bağışla, mənə kömək et. Bu dəfə də mən bacarmasam, anamın qəbri üstünə gedib, özümü öldürəcəm. Və onlar barışırlar.

Deyilənə görə, Elçinin narkomaniyaya mübtəla olmasına səbəb bəzi həmkarları olub.

2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunur. Deyilənə görə, ona narkotik vasitəsi gətirənlərdən biri də qardaşı Yusif olub. Elçinin ölümündən az müddət sonra isə Yusif də dünyasını dəyişir.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər