Nərimanov rayonunda yol cizgisi sürücülərin şikayətinə səbəb olur. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Rayonun Ağa Nemətulla küçəsində yol kəsişməsinə çəkilmiş dairə nizamlanmayıb. Bu da avtomobillərin hərəkətində ciddi problemlər yaradır.
“Gündə davadır. Bir-birinə yol vermirlər. Hər gün qəza baş verir. Burada vəziyyət pisdir”, – deyə sakinlər şikayət edirlər.
Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı bildirilib ki, sözügedən dairə qurum tərəfindən təşkil edilməyib.