Nərimanov Tibb Mərkəzinin poliklinikasında rentgen kabineti bağlanıb. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonunda yerləşən və adıçəkilən Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli poliklinikanın rentgen kabinetində keçirilmiş yoxlama zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı icazənin olmadığı məlum olub.
Aşkar olunan faktlarla bağlı rentgen kabinetinin fəaliyyəti dayandırılıb.