Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində yolun ortasındakı yaşıllıq hissə asfaltlandıqdan sonra bəzi ağacların qurumağa başladığı deyilir.
Bu barədə Avtosfer.az-a ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilir ki, yol 3 il əvvəl təmir olunub. Əvvəlki fotolarda ağacların yaşıl olduğu görünür.
Qeyd edək ki, Nərimanov rayonu son illər Bakıda ağacların kütləvi quruduğu 3 rayondan biridir. Rəsmi məlumatlarda qurumaya əsasən xəstəlik və zərərvericilərin səbəb olduğu bildirilir.