Nərimanov rayonunda ustanın iş başında ölməsi ilə bağlı cinayət işi açılıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Hadisə “Kral” şadlıq sarayında baş verib. 36 yaşlı Bəhram Bayramov təmir işləri gördüyü zaman ayaqaltı dəmir konstruksiyanın (lesa) üzərindən yerə yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.