Nərimanov rayonunda iri qaz borusu birbaşa piyada səkisindən keçir. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Söhbət Ağa Nemətulla, 23 ünvanından gedir. Burada iri gövdəli qaz borusu birbaşa piyada səkisinin üzərindən keçir. Bu da insanların hərəkətinə ciddi maneələr yaradır. Axşam saatlarında sakinlər tez-tez boruya ilişirlər.
Azəriqaz məsələ ilə bağlı bildirib ki, həmi boru 1000 m uzunluğunda olub və artıq 600m-lik hissəsi yerin altına keçirilib. Qalan hissənin yerdəyişməsi ilə bağlı işlər aparılır.
“Ağa Nemətulla nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdən olduğundan biz orada genişmiqyaslı işlər apara bilmirik, amma buna baxmayaraq, qısa fasilələr olmaqla həmin boru üzərində işlər davam edəcək ”, - deyə “Azəriqaz” İB-nin şöbə rəisi Eldəniz Vəliyev qeyd edib.