Nərimanov rayonunda təhlükəli liftin fəaliyyəti dayandırılıb. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Söhbət rayonun Xətai prospekti, 41 ünvanında yerləşən “Nərimanov 26” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasından gedir. Liftdə yaranmış nasazlıq səbəbindən vətəndaş xəsarət alıb.
Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları tərəfindən həmin liftə texniki baxış keçirilib və liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi məlum olub.
Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Nərimanov 26” MMC qarşısında məsələ qaldırılıb.