Nərimanov rayonunda yerləşən kafe ekologiyaya ziyan vurur. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Söhbət rayonun Ağa Nemətulla küçəsi, 26 ünvanında yerləşən “Ağa Çayı” kafesindən gedir. Belə ki, aparılan araşdırma zamanı kafedə havaya atılan tullantıların zərərsizləşdirilməsi üçün olan qaz-toz tutucu qurğunun quraşdırılmadığı məlum olub.
Faktla bağlı sahibkara xəbərdarlıq edilib, o, məsuliyyətə cəlb olunub.