Nərimanov rayonunda yaşayış binasında abadlıq işləri görülüb. Bu haqda bu gün, 25 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Ə.Əliyev küçəsində yerləşən 37 saylı və Orucəliyev küçəsinə yerləşən 7/23 saylı, eləcə də Mirzəbala Məmmədzadə küçəsində yerləşən 11-13 saylı binalarda abadlıq işləri aparılıb. Belə ki, tikililərin fasadları rənglənərək yenilənib.
Rayon ərazisi boyunca təmir-bərpa işləri davam etdirilir.