Nərimanov rayonunda binaların qarşısı özəl parklanma yerlərinə çevrilib. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Rayonun Aşıq Molla Cümə küçəsində binanın həyətində hər yer zəncirlənib. Bəziləri özü üçün avtomobil park etməyə yer ayırıb. Bu vəziyyət digər sakinlərin ciddi narazılığına səbəb olur. Onlar öz avtomobillərini kənarda, yolun qırağında saxlamağa məcbur olurlar.
“Bir sözlə, özəlləşdiriblər. Hər yer zəncirlənir. Yük maşını gəlir, problem olur, qonaq gəlir, problem olur. Düzgün deyil”, – deyə sakinlər bildirirlər.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, sözügedən məsələ qanunsuzdur və buna görə cərimə nəzərdə tutulub.
“Fiziki şəxslər 80-100 manatadək, vəzifəli şəxslər 400-500 manatadək, hüquqi şəxslər isə 3000-4000 manatadək məbləğdə qeyd olunmuş qayda pozuntularına görə məsuliyyətə cəlb olunurlar”, – deyə qurumdan qeyd ediblər.
[caption id="attachment_109671" align="alignnone" width="640"] Foto ATV[/caption]