Bakının Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsində piyada keçidi və səki zəbt edilib. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Vəziyyəti əks etdirən kadrlar 10 avqust tarixində yayılıb. Avtomobil sürücüləri sözügedən ərazidə qanunsuz parklanma edərək piyadalar üçün maneə törədirlər. Həmin sürücülər yoldan keçən avtomobillərin görmə sahəsini məhdudlaşdıraraq piyadalara təhlükə yaradırlar. Video müəllifinin sözlərinə görə, bu hal hər gün təkrarlanır.