Nərimanov rayonunda eyni yerdə bir birinə zidd olan 2 yol nişanı quraşdırılıb. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Aşıq Molla Cümə küçəsində avtobus dayanacağında parklanma zolaqları çəkilib. Bu da sürücülər arasında çaşqınlıq yaradır. Onlar avtomobilləri park edəndə cərimə yazılır. Avtobus sürücüləri isə maşınların əlindən dayanacağa girə bilmədiklərini və məcbur olub yolun ortasında saxladıqlarını bildirirlər.
Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, həmin zolaqlar qara boya ilə rənglənmişdi. Görünür ki, boyalar silinib. Yaxın zamanda məsələ həll olunacaq.