Bakının Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qafur Murad və Aşıq Molla Cümə küçələri arasında olan ərazidə iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 yeni ağac əkilib.
Təbdirdə icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.