Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, qurum və təşkilatın əməkdaşları, eləcə də digər qurumların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.
Nərimanov Bələdiyyəsi Parkının ərazisində 101 şam ağacı əkilib, abadlıq işləri aparılıb, yeni əkilən tinglər suvarılıb və digər ağaclara da aqrotexniki qulluq göstərilib.