Nərimanov Tibb Mərkəzində uzun növbə yaranıb. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Vətəndaşların sözlərinə görə, bu gün səhər saat 09:00-dan sistem bağlanıb və 500-ə yaxın adam növbədə qalıb.
“Yaşlısı, uşaqlısı, qazisi, əlili – hamısı yığılıb, növbədə gözləyir. Deyirlər: “Bizlik deyil, sistemdəndir”. Laboratoriya və həkimlər nəyəsə görə saat 12:00-a kimi işləyir. Yaxınlaşırsan, deyirlər: “Bu gün heç cür çatdırmayacaqsınız, vaxtımız yoxdur”. Qeydiyyat şöbəsində də qızlar kobud davranırlar. 4-5 saat işləyib gedirlər”, – deyə sakinlər şikayət edirlər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məsələ ilə bağlı bildirilib ki, sistemdə vaxtaşırı təkmilləşdirmə işləri aparılır, bu səbəbdən də bir müddət problemlər yaranır. Hazırda sistemin fəaliyyətində heç bir problem yoxdur.
[video width="1000" height="540" mp4="https://bakuplus.az/wp-content/uploads/2023/11/1700569613.mp4"][/video]