Bakının Nərimanov rayonu, Elçin İsaqzadə küçəsində tərk edilmiş tikili narkomanların məskəninə çevrilib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, həmin tikili əvvələr hərbi bunker kimi istifadə edilib. Lakin hazırda orada tüfeyli həyat tərzi sürənlər və narkotik istifadəçiləri məskunlaşıblar. Bu da ərazinin yaxınlığında yaşayan vətəndaşların narahatlığına səbəb olur.
“Uşaqları çölə buraxmağa qorxuruq. Mən özüm də oradan narkomanların necə çıxdığının şahidi olmuşam”, – deyə sakinlər şikayət edirlər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, adıçəkilən ərazi daim polis nəzarətindədir. Həmçinin tüfeyli həyat tərzi sürənlərə və narkotik istifadəçilərinə qarşı əməliyyət tədbirləri keçirilir.
Nazirlikdən isə qeyd edildi ki, binaya kənar şəxslərin girişi məhdudlaşdırılıb.