“Nərimanov” parkında əsaslı təmir işləri davam edir. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az xəbər verir.
Yenidənqurma işləri çərçivəsində parkda və onun ətraf ərazilərində piyada səkiləri bərpa olunur, yeni tamet daşları vurulur. Həmçinin yeraltı kommunikasiya xətləri bərpa olunur. Təmir işləri ilə əlaqədar piyada səkisində hərəkət qismən məhdudlaşdırılıb.
Bildirilir ki, parkın cari ayın sonuna qədər sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.
[caption id="attachment_137314" align="alignnone" width="640"] Foto Bakuplus.az[/caption]