Nərimanov rayonunun Fətəli Xan Xoyski prospekti, 120/23 ünvanında yaşayan sakinlər liftdən şikayət edirlər. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, lift istismar müddətini çoxdan bitirib. Bu səbəbdən də tez-tez xarab olur. Onlar digər blokdan dama qalxıb, oradan öz evlərinə düşməli olurlar. Bu da həyati təhlükə yarada bilər.
“Mən qalxa bilmirəm. Oturub gözləyirəm ki, usta gəlsin, lifti düzəltsin. Sonra qalxım yuxarı. Və bu hal dəfələrlə davam edir”, - deyə sakin şikayət edir.
Nərimanov rayon Mənzil Təsərrüfatı Birliyindən məsələ ilə bağlı bildirilib ki, liftlərin dəyişdirilməsi prosesi mərhələli şəkildə aparılır. Binanın damındakı qapılar isə bağlanacaq.