Marketlərin vitrinlərində istifadə müddəti bitmiş və istifadəyə yararsız məhsulların saxlanması müştəriləri daim narahat edən mövzu olub.
Bu dəfə isə Bakuplus.az-a müraciət edənlərdən biri “Bravo” supermarketlər şəbəkəsinin Azərbaycan prospektində yerləşən filialından şikayətçidir.
Alıcı iddia edir ki, marketin vitrinindəki satışa təklif edilən kəsmiklərin son istifadə müddəti bitib. Belə ki, müştəri aldığı iki məhsuldan birini yedikdən sonra vəziyyətin fərqinə varıb.
Daha sonra qalan kəsmiyi qaytarmağa gedən zaman vitrindəki digər məhsulların da istifadə müddətinin bitdiyini görüb.
Müştəri onu da qeyd edib ki, market əməkdaşları məhsulu yenisi ilə əvəz edib.