Müğənni Nəfəs Kürdəmir rayonunda yeni stadion açılışı zamanı səhnəyə çıxaraq konsert proqramında iştirak edib.
Bakuplus.az xəbər verir ki, onun ifa zamanı çəkilmiş görüntüləri sosial şəbəkələrdə tənqid olunub.
Belə ki, videoda ifaçının şəhid fotoları qarşısında rəqsi əks edilib. Onun bu hərəkəti birmənalı qarşılanmayıb.
Lentə alınan görüntülərə sosial şəbəkədə yüzlərlə tənqid yazılıb.