Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Bakuplus.az-a verilən məlumata görə, şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq.