Bakının mərkəzi kimi kəndlərində də vəziyyət ürəkaçan deyil. Belə ki, Maştağa kəndində əsas və məhəllələrarası küçələri su basıb.
Bununla bağlı Bakuplus.az redaksiyasına sakinlər görüntülər göndərib.
Sakinlərin sözlərinə görə, burada park, məktəb, poliklinika və dayanacaqlar su altında qalıb və yolu keçmək mümkün deyil.
Qeyd edək ki, ölkə ərazisində iki gündür yağan güclü yağışlar yolları iflic vəziyyətə salıb.