Ölkə ərazisində dünən axşamdan yağan aramsız yağış Abşeron rayonu Masazır kəndində də bir sıra fəsadlara səbəb olub.
Bakuplus.az-a müraciət edən sakinlər bildiriblər ki, yolları su basdığı üçün piyadaların hərəkəti mümkünsüz hala gəlib:
“Küçələrdə sözün əsl mənasında çay axır. Hətta evdən bayıra çıxa bilmirik. Uşaqları da dərsə apara bilmədik. Kanalizasiya xətləri sanki iflic olub”.
Həmçinin qeyd edilib ki, gecədən kəndin əksər ərazilərində elektrik təminatı dayandırılıb.
“Biz artıq buna öyrəşmişik: külək əsdi, yağış yağdı – vəssalam, işıqlarımız sönür. Odur ki, gecədən işıqlarımızın yanmamasını da təbii qarşılayırıq. Amma kaş ki, bu işə məsul olanlarda vicdan oyanaydı, bu problemi tez aradan qaldıraydılar”, - şikayətçilər bildiriblər.